Ərdoğan Makronu “mədəni islam” açıqlamasına görə tənqid etdi

Ərdoğan Makronu  “mədəni islam” açıqlamasına görə tənqid etdi

Türkiyə Prezidenti Fransa dövlət başçısını hədəfə aldı

Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu onun “mədəni islam” ideyasına görə tənqid edib.

“Son zamanlar “Fransa islamı”, “Avropa islamı”, “Avstriya islamı” kimi məfhumlar peyda olur. Lakin Makronun əsl məqsədi müsəlmanlarla hesablaşmaqdır”, – deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, “onlar anti-islam sistemi yaratmaq istəyirlər” və bu sistemdə dini ayinləri yalnız evdə keçirmək olar, dini simvolların istifadəsi qadağan edilir.

“Bu cür sistemin adı demokratiya yox, totalitarizmdir”, – deyə Türkiyə prezidenti əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR