Ərdoğan: Lazım olarsa, İncirliki də, Kürəciki də bağlayarıq

Ərdoğan: Lazım olarsa, İncirliki də, Kürəciki də bağlayarıq

Ərdoğan deyib ki, "lazım olarsa, İncirliki də, Kürəciki də bağlayarıq".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi yerli televiziya kanallarının ortaq yayımı zamanı verdiyi açıqlamasında ABŞ-ın hər hansı bir sanksiyasına Türkiyənin cavab verəcəyini bildirib. Ərdoğan deyib ki, "lazım olarsa, İncirliki də, Kürəciki də bağlayarıq".

Prezident Ərdoğan bu açıqlamaları Atv-A para, A Haber, A Haber Radyo, ANews və A2 kanallarının ortaq yayımında verib.

O, Türkiyənin lazım olsa, ABŞ-ın istifadə etdiyi bazaları bağlaya biləcəyi mesajını verib. “Bağlamaq lazımdırsa, İncirliki də, Kürəciki də bağlayırıq” deyən prezident Ərdoğan “Türkiyə qəbilə ölkəsi deyil” ifadələrini işlədib.

Liviya mövzusuna da toxunan Ərdoğan Türkiyənin Liviyaya hər cür dəstəyi təmin edəcəyini bildirib və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Tripolidəki rəhbərliyə qarşı mübarizə aparan general Haftarın qeyri-legitim olduğunu qeyd edib.

Prezident öz çıxışı zamanı Türkiyənin Liviya ilə Aralıq dənizində birgə geoloji kəşfiyyat əməliyyatlarının aparılmasına dair imzaladığı razılaşmanın Yunanıstanı narahat etdiyini, ancaq bunun Türkiyənin haqqlarını qoruduğunu bildirib.

Prezident Türkiyənin enerji ehtiyatları ixrac edən ölkə olacağına ümid etdiyini deyib və Türkiyə danışıqlarda iştirak etmədən Aralıq dənizinin şərqində yekun razılaşmanın olmayacağını qeyd edib.(voa)

Xəbəri paylaş

VİDEOLAR