Türkiyə prezidenti ABŞ-ın F-35 qırıcıları üçün ödədiyi 1,4 milyard dolları tezliklə geri alacağını açıqlayıb.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Ərdoğan Türkiyə və ABŞ müdafiə nazirlərinin hazırda məsələ ilə bağlı məsləhətləşdiklərini də qeyd edib və əlavə edib:
"Düşünürəm ki, bu işdə müəyyən irəliləyiş əldə edəcəyik. Təbii ki, bunu İtaliyanın paytaxtı Romada keçiriləcək G20 sammitində ABŞ prezidenti Co Baydenlə müzakirə edəcəyəm".