Ərdoğan Ermənistanla əlaqələrdən danışdı

Ərdoğan Ermənistanla əlaqələrdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təktərəfli günahlandırmalar yerinə, həqiqi yaxınlaşmalar olarsa, Ermənistan hökuməti ilə mərhələli normallaşma üçün çalışa biləcəklərini bildirib

Rasthaber Azərbaycan xəbər verir ki,   Ərdoğan Bosniya-Herseqovina və Monteneqro səfərindən sonra təyyarədə media nümayəndələrinə xitabında deyib: “Ermənistanda qurulan yeni hökumət bölgə üçün xeyirli olsun. Bölgədə yeni və qurucu yanaşmaya ehtiyac var.

  Görüş və gözlənti fərqlərimiz olsa da, bir-birinin torpaq bütövlüyü və suverenliyinə hörmət çərçivəsində, güvən təməlində yaxşı qonşuluq əlaqələrini inkişaf etdirmək üçün səmimi bir səy göstərmək məsul bir hərəkət tərzi olar.

  Yaxın tarix kin-küdurət qaynağı olmamalıdır. Davam etdirilə bilən barış və birlikdə həyat üçün qurucu addımlar atılmalıdır.

  Təktərəfli günahlandırmalar yerinə, irəli baxan həqiqi yanaşmalar hakim olmalıdır. Bu istiqamətdə irəliləməyə hazır olduğunu bəyan edən bir Ermənistan hökuməti ilə əlaqələrimizi pilləli olaraq normallaşdırmaq üçün çalışa bilərik.

  Artıq sülh və sabitliyi qalıcı hala gətirib, iqtisadi inkişaf və regional əməkdaşlıq şərtlərini təmin etmək lazımdır. Bənzər anlayışla Azərbaycana da geniş bir barış müqaviləsi üçün Ermənistanla müzakirələrə başlamağı təklif edirik”.

Xəbəri paylaş

VİDEOLAR