Türkiyә prezidenti vә Әdalәt vә İnkişaf Partiyasının sәdri Rәcәb Tayyib Әrdoğan hazırlıqları sona çatdırılan yeni islahat paketinin yaxın zamanda Türkiyә Böyük Millәt Mәclisinә tәqdim edilәcәyini bildirib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Rәcәb Tayyib Әrdoğan partiyasının Türkiyә Böyük Millәt Mәclisindәki qrup iclasına qatılıb.
‘‘Bunu xalqımızla bölüşdüyümüz zaman bu islahat təkliflərinin ölkəmizi 2023-cü ilә daşıyacaq çox əhəmiyyətli tənzimləmələr ehtiva etdiyi görüləcək’’,-deyә Türkiyә prezidenti vurğulayıb.
Çıxışında yeni növ koronavirus epidemiyası mәsәlәsinә dә toxunan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Bizim әsl gündәmimiz xalqımızın mәsәlәlәridir. İndiyәdәk 10 milyon doza vaksin ölkәmizә çatdırıldı. Bir sıra inkişaf etmiş ölkә vaksin tapa bilmir’’.