Ərdoğan Belçikada koronavirusa görə əl ilə görüşməyib

Ərdoğan Belçikada koronavirusa görə əl ilə görüşməyib

Ərdoğan Belçikaya səfəri zamanı bütün dünyada yayılan yeni koronavirusa qarşı nə qədər həssas olduğunu göstərib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikanın paytaxtı Brüsselə səfərə gedərkən onu İstanbuldan yola salanlar və Brüsselə çatdıqda hava limanında qarşılayanlar ilə koronavirusa qarşı tədbirli olmaq məqsədiylə əl verməyib. Onları əlini sinəsinə tutaraq salamlayıb.

Brüsselə səfəri çərçivəsində Türkiyənin Avropa İttifaqı yanında daimi nümayəndəliyinə baş çəkən prezident burada özünü qarşılayan Türk vətəndaşlarına müraciət edərək onlardan “Covid-19”-a qarşı tədbirli olmalarını istəyib. Buradakı çıxışından sonra NATO baş katibi Jens Stoltenbergi qəbul edib. Daha sonra birgə mətbuat konfransı keçirilib. Ərdoğan konfrans zamanı NATO baş katibini də əl verərək yox, əlini sinəsinə qoyaraq salamlayıb.

Xəbəri paylaş

VİDEOLAR