Ərdoğan: BƏƏ ilə diplomatik əlaqələri dondura bilərik

 Ərdoğan: BƏƏ ilə diplomatik əlaqələri dondura bilərik

Türkiyə Prezidenti BƏƏ-nin İsrail ilə əlaqələrini yaxşılaşdırması və xüsusilə Fələstinin ilhaq planının qəbul edilməsinə reaksiya verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-nin İsrail ilə əlaqələrini yaxşılaşdırması və Fələstinin ilhaq planının qəbul edilməsinə reaksiya verib.

O “Fələstinə qarşı atılan addım həzm edilən deyil. XİN rəhbərinə təlimat verdik. BƏƏ ilə diplomatic əlaqələri dondurmaq, bizim də səfirimizi geri çəkmək kimi bir addım ola bilər. Çünki biz Fələstin xalqının yanındayıq. Fələstini tək qoymaqdıq, tək qoyan da deyilik.”, -deyə bildirib.

Xəbəri paylaş

VİDEOLAR