Rəcəb ayının təqvimi və xüsusi duası

Rəcəb ayının təqvimi və xüsusi duası

Bu gün Rəcəb ayının birinci günüdür.

Bu ayda xüsusi əməllər vardırki, bu əməlləri icra etməklə insan böyük məqamlar qazana bilər. Bu ayda mövludlar və şəhadət günlərilə də digər aylardan fərqlənir. Bu ayın mühüm günlərini; mövlud və şəhadətlərini, həmçinin tarixi əhəmiyyətli günlərin tarixini təqdim edirik.
Rəcəb ayının 1-i hicri 57-ci il ­ 5-ci imam ­ İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür
Rəcəb ayının 3-ü hicri 254-cü il ­ 10-cu imam ­ İmam Hadi (ə) (Əliyyən ­Nəqi (ə)) şəhadətə yetişmişdir.
Rəcəb ayının 8-i hicri 20-ci il ­ İslam dininin Misirə gəldiyi gündür.
Rəcəb ayının 10-uhicri 195-ci il ­ İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür. Rəcəb ayının 12-­i hicri 36-cı il ­ Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.
Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
Rəcəb ayının 15-­i, hicri 62-ci ildə Kərbəla həqiqətlərini dünyaya çatdıran, zalım yezid istibdadını öz qəhrəman çıxışları ilə lərzəyə gətirən Həzrət Zeynəbin (s.ə.) vəfatı günüdür.
Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli­Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdi.
Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.
Rəcəb ayının 24-­ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.
Rəcəb ayının 25-­i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı - Həzrət Museyi­Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun­ər­ Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir.
Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə ­ Nardaranda və Bibi­Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə ­ Həzrət Məhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü ­ Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.
Rəcəbin 28-­i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdi. Bu, Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərakatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə "yox!" deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsi ilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoydu.

Ay ərzində deyiləcək zikrlər və tutulacaq oruclar

1. Əstəğfirullahəl ləzi lə iləhə illə hu, vəhdəhu lə şərikə ləh və ətubu iləyh. (Ay ərzində 100 və ya 400 dəfə - ayın sonunda sədəqə verməyin də fəziləti var).

2. Lə iləhə illəllah (ay ərzində 1000 dəfə).

3. Əstəğfirullah və ətubu iləyh (70 dəfə səhər, 70 dəfə axşam) – zikr bitdikdən sonra 1 dəfə Allahumməğ fir li və tub ələyyə deyilsin.

4. Əstəğfirullah zəlcələli vəl ikram, min cəmi izzunubi vəl asam (ay ərzində 1000 dəfə).

5. İxlas surəsi (100 dəfə - hər cümə günü).

6. Həftənin cümə axşamı, cümə və şənbə günləri oruc tutmaq.

Ay ərzində deyiləcək zikrləri ayın günlərinə bölərək, çətinliyə düşmədən icra etmək olar.

"Ya Mən Ərcuhu duası..."

“Ya mən ərcuhu li kulli xəyr, və amənu səxətəhu ində kulli şərr, ya mən yu`til-kəsirə bil-qəlil, ya mən yu`ti mən sə`ələh, ya mən yuti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rəhməh. Ə`tini bi məs`ələti iyyakə cəmiə xəyrid-dunya və cəmiə xəyril-axirəh, vəsrif ənni bi məs`ələti iyyakə cəmiə şərrid-dunya və şərril axirəh. Fə innəhu ğəyru mənqusin ma ə`təytə və zidni min fəzlikə ya Kərim.
(Sol əlimizin barmağıyla saqqalımızı tutur, sağ əlimizi sağ və sola hərəkət etdirən halda deyirik(: Ya zəl-cəlali vəl-ikram, ya zən-nə`mai vəl-cud, ya zəl-mənni vət-təvl! Hərrim şəybəti ələn-nar”

 

یا مَنْ اَرْجُوهُ لِکُلِّ خَیْرٍ وَآمَنُ سَخَطَهُ عِنْدَ کُلِّ شَرٍّ یا مَنْ یُعْطِی الْکَثیرَ بِالْقَلیلِ یا مَنْ یُعْطی مَنْ سَئَلَهُ یا مَنْ یُعْطی مَنْ لَمْ یَسْئَلْهُ  وَمَنْ لَمْ یَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَرَحْمَهً اَعْطِنی بِمَسْئَلَتی اِیّاکَ جَمیعَ خَیْرِ الدُّنْیا وَجَمیعَ خَیْرِ الاْخِرَهِ وَاصْرِفْ عَنّی بِمَسْئَلَتی اِیّاکَ جَمیعَ شَرِّ الدُّنْیا وَشَرِّ الاْخِرَهِ فَاِنَّهُ غَیْرُ مَنْقُوصٍ ما اَعْطَیْتَ وَزِدْنی مِنْ فَضْلِکَ یا کَریمُ 

 

Sol əlimizin barmağıyla saqqalımızı tutur, sağ əlimizi sağ və sola hərəkət etdirən halda deyirik

 

یا ذَاالْجَلالِ وَالاِْکْرامِ یا ذَاالنَّعْماَّءِ وَالْجُودِ یا ذَاالْمَنِّ وَالطَّوْلِ حَرِّمْ شَیْبَتی عَلَی النّارِ  

 

“Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram.

Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir.  Ey o Allah ki, Ondan istəyənə əta edir.Ey o Allah ki, Ondan istəməyənə də əta edir.Və (hətta) Onu tanımayana da əta edir.

Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən. Səndən istəyirəm  Öz geniş rəhmətinlə mənə əta et.

İlahi,Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et.

İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!

Ey cəlalət və kəramət sahibi, ey nemətlər və bağışlamaq sahibi, ey mənn və kəramət sahibi, mənim tükümü oda haram et.”

Xəbəri paylaş

VİDEOLAR