Səudiyyə koalisiyası iddia edib ki, Yəmən Səudiyyə Ərəbistanının cənub rayonlarına beş ballistik raket atıb.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, iddiaya əsasən, Yəmən ordusu bu beş raketi Ərəbistanın cənubunda yerləşən Cizan rayonuna tərəf atıb.
Koalisiyadan həmçinin bildirilib ki, hər beş raket vurulub.
Yəmən ordusu və xalq komitələri hələ bu xəbərə reaksiya verməyib və ya onu təsdiq etməyib.