Ərəbistan şiələrin qəbirlərini dağıtmaq istəyir

Ərəbistan şiələrin qəbirlərini dağıtmaq istəyir

Səudiyyə Ərəbistan hökuməti bu ölkənin şərqindəki şiələrin ailələrinə bildirib ki, onların qəbirlərini uçurub, vəhhabilik təlimləri və qanunlarına uyğun surətdə əməl etməlidirlər.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının şərqində şiələrə qarşı yeni savaş salan Ərriyad şiələrin etirazlarının əlaməti olan hər bir şeyi aradan qaldırmağa can atır. Bu hökumət bir hökmdə şəhidlərin ailələrindən istəyibdir ki, öz şəhidlərinin qəbirlərini dağıtsınlar.

Ərəbistan hökuməti bu planı tanınmış ərəbistanlı ruhani şəhid Nəmər Baqir Əlnəmərin mənzilinin yerləşdiyi Qətif əyalətindəki Ələvamiyyə qəsəbəsində həyata keçirməyə çalışır. Ərriyad şəhidlərin qəbirlərinin xalqın daimi iştirak məkanına çevriləcəyindən qorxur.

Ərəbistan hökuməti ötən il, Şeyx Nəmərin çıxış məkanı olan İmam Hüseyn(ə) hüseyniyyəsini uçurdu.

Qətif şəhərində yerləşən şəhidlərin qəbirlərinin bir hissəsi də keçən ilin aprel ayında dağıdıldı.

Xəbəri paylaş

VİDEOLAR