Ərəbistan-Kanada münasibətləri 5 ildən sonra normala qayıdır

Ərəbistan-Kanada münasibətləri 5 ildən sonra normala qayıdır

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Kanadanın baş naziri Castin Tredeunun apardığı danışıqlar fonunda iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına qərar verildiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, sözügedən danışıqlar 2022-ci ilin noyabrında Tailandın paytaxtı Banqkokda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində aparıldığı və bu qərarın hər iki ölkənin qarşılıqlı hörmət və ümumi maraqlar əsasında diplomatik münasibətləri bərpa etmək istəyi çərçivəsində qəbul edildiyi vurğulanıb.

Qeyd edək ki, Kanadanın o vaxtkı xarici işlər naziri Kristia Frilandın 2018-ci ilin avqustunda Səudiyyə Ərəbistanındakı insan haqlarının vəziyyəti ilə bağlı tvit atması Ər-Riyad rəhbərliyinin reaksiyasına səbəb olmuşdu.

Frilandın vəzifəsini daxili işlərinə müdaxilə kimi qiymətləndirən Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Kanada ilə bütün diplomatik və ticarət əlaqələrini kəsmək qərarına gəlib, Kanada səfirini ölkədən çıxarıb və uçuşları dayandırıb.

Xəbəri paylaş

VİDEOLAR