Builki Ərbəin ziyarəti Ras əl-Bişa rayonundan başlayıb – Ərbəin səfərinin ilk zəvvarları yola düşüblər.
Az.rasthaber.com IQNA-ya istinadən xəbər verir ki, hicri-qəməri təqvimi ilə 1447-ci ilin Ərbəin səfəri İraqın ən kənar nöqtəsindən, yəni Faodan Kərbəla istiqamətində start götürüb.
Ərbəin zəvvarları qızmar günəşin altında və olduqca isti hava şəraiti öz səfərlərinə başlayıblar.
Hüseyni-moukəblər də İmam Hüseyn (ə) ziyarətçilərinə bütün növ xidmətləri göstərmək üçün hazırdır.
Xatırladaq ki, Ras əl-Bişadan Kərbəla şəhərinədək olan məsafə 600 km-dən çoxdur. Bu günlərdə havanın temperaturu 50 dərəcədən yüksəkdir, lakin buna baxmayaraq, zəvvarlar Ərbəin mərasimində iştirak etmək üçün piyada Kərbəlaya doğru hərəkət edirlər.