Ərbəinə 17 milyon zəvvar qatılıb

Ərbəinə 17 milyon zəvvar qatılıb

İraqın daxili işlər naziri, bu il İmam Hüseyninin (ə) ərbəini mərasimində iştirak edən zəvvarların sayının keçən ilə nisbətən artaraq, 17 milyona çatdığını bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Osman Əl-Qanimi keçirdiyi mətbuat konfransında bu barədə danışıb.

 "Bu il Ərbəin mərasimində iştirak edən zəvvarların sayı elə bir halda artıbdır ki, koronavirusla əlaqədar məhdudiyyətlər səbəbindən xarici zəvvarlar, o cümlədən milyonlarla iranlı zəvvar kütləvi şəkildə və hər il olduğu kimi İraqa səfər edə bilmədilər", -deyə o bildirib.

Qeyd edək ki, bu il İraq hökuməti zəvvarların Ərbəin mərasiminə qatılmasına icazə verib. 

Xəbəri paylaş

VİDEOLAR