"İslam və ərəb ölkələri və onların xalqları Fələstin xalqına və müqavimətinə dəstək olmağı İran İslam Respublikasından öyrənməlidir"
Az.rasthaber.com xəbər verir ki, bunu Fələstin Müqavimət Komitəsinin mətbuat xidmətinin direktoru Məhəmməd əl-Barim (Əbu Mücahid) deyib.
Əbu Mücahid verdiyi açıqlamada bildirib:
"Biz İran İslam Respublikasına Fələstin xalqına və müqavimətinə göstərdiyi səxavətli və davamlı dəstəyə görə təşəkkür edirik".
Qəzzadakı Fələstin stadionunda keçirilən Ümumdünya Qüds Günü virtual fəaliyyətlərinin əvvəlində danışan Əbu Mücahid deyib:
"İşğalçılar, qırğınlar və zülmlərlə Qüdsün əsl sakinlərini öz yurdlarından didərgin salmağa çalışırlar. Onların məqsədi Qüdsün tarixini və demoqrafik quruluşunu dəyişdirmək və bu şəhərə hakim olmaqdır.
Qüds Qılıncı əməliyyatından sonra bütün bölgə İsrail rejiminə qarşı döyüş meydanına çevrilib. Qüds və onun sakinlərinə dəstək olmaq mənəvi, humanitar və milli borcdur".