Ərəb ölkəsi Fransa vertolyotlarını almaqdan imtina etdi - SƏBƏB

Ərəb ölkəsi Fransa vertolyotlarını almaqdan imtina etdi - SƏBƏB

Küveytin Müdafiə Nazirliyi H-225M Caracal helikopterlərinin qəbulunu müvəqqəti dayandırıb.

Az.rasthaber.com "SalamNews"-a istinadən xəbər verir ki, ölkəyə gələn ilk iki təyyarədə texniki problemlər yarandığına görə H-225M Caracal helikopterlərinin qəbulu dayandırılıb.

Dünən, çərşənbə axşamı baş nazirin müavini və müdafiə naziri Şeyx Həmd Əl-Əli bildirib ki, Fransadan ölkəyə gəldikdən sonra (KAF602-KAF603) nömrə daşıyan iki helikopterdə texniki problemlər yaranıb.

O, təhqiqat altında olan helikopterlərlə bağlı bütün məsələləri müzakirə etmək, pilotların təhlükəsizliyini təmin etmək və texnikaları qorumaq üçün müvafiq komissiyanın yaradılacağını bildirib.

"Müvafiq olaraq, bu qüsur aydınlaşdırılana və təmir olunana qədər təyyarələrin qəbulu müvəqqəti dayandırılıb", deyə o bildirib.

Qeyd edək ki, Fransa son aylarda bu helikopterlərdən savayı Rafale qırıcılarının satılmasına dair BƏƏ və İraqla razılaşıb.

Xəbəri paylaş

VİDEOLAR