Livan Hizbullahının baş katibi deyib ki, ərəb ölkələri Suriyanın qələbəsini etiraf edib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bu barədə Seyid Həsən Nəsrullah Şəhid günü münasibətilə etdiyi çıxışda danışıb.
«Amerikanın regiondakı terror planının uğursuz qalmasında şəhidlərin rolu olub və Hizbullah bu müharibədə qalib gəlibdir» - deyə Livan Hizbullahının baş katibi bildirib.
O qeyd edib ki, ötən günlər və həftələr ərzində Qərb başçılarının Suriya prezidenti Bəşşar Əsədlə təmasları barədə xəbərlər yayıldı və bu, Suriyanın qələbəsinin Qərb ölkələri tərəfindən qəbul edilməsi və ərəb ölkələrinin yüzlərlə milyard dollar xərc çəkdikləri planların uğursuz qalmasının etirafı deməkdir