Ərəb Liqasının iclası əmirliklərin qəsbkar rejimlə sazişini pisləmədən işini başa vurub.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Ərəb Liqasının xarici işlər nazirləri iclası bəzi nazirlərin sabotajlarına görə, ərəb ölkələrinin işğalçı sionist rejimlə hər cür sazişini pisləyən qətnamə qəbul etməkdə uğursuz qalıb.
Ərəb Liqasının iclasında bir qrup ərəb ölkəsi əmirliklərin sionist rejimlə münasibətlərinin adiləşdirilməsinə qarşı Fələstinin təqdim etdiyi qətnamə layihəsini uğursuz qoyub.
Bu qətnamə layihəsində deyilir: "BƏƏ-Amerika-sionist rejim üçtərəfli sazişi ərəblərin Fələstin məsələsi barədəki ümumi rəyinə zərbə vura bilməz."