Əraqçi: Avropalıların tətik mexanizmidən istifadə etmək hüququ yoxdur

Əraqçi: Avropalıların tətik mexanizmidən istifadə etmək hüququ yoxdur

İranın Xarici İşlər Naziri nüvə müzakirələrindəki inkişaflar və tətik mexanizmi məsələsi ilə bağlı bildirib ki, Avropanın tətik mexanizmini işə salmaq üçün hüquqi, siyasi və mənəvi haqqı yoxdur və bunu edərsə, Avropa artıq danışıqlar prosesində rol oynamayacaq.

Az.rasthaber.com xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Əraqçi İRNA Xəbər Agentliyinin “Diplomatiya masası” proqramına müsahibəsində Avropa tərəfləri ilə nüvə müzakirələrinin hazırkı şərtlərini izah edərək, deyib ki, hazırda Avropa ilə təmaslar danışıqların real əsaslarını müəyyənləşdirmək mərhələsindədir və ciddi danışıqlara başlamaq üçün hələlik konkret razılıq əldə olunmayıb.

“Tətik mexanizmi” məsələsinə gəlincə, Əraqçi vurğulayıb ki, avropalılar Birgə Hərtərəfli Fəaliyyət Planı anlaşmasından çıxıblar və buna görə də bu mexanizmdən istifadə etmək hüquqları yoxdur.

O, izah etdi: “Avropa tərəfləri ilə müzakirələr zamanı biz elan etdik ki, sizin tətik mexanizmidən istifadə etmək hüququnuz yoxdur, çünki ABŞ-ın BHFP-dan çıxmasından sonra və son mövqelərinizlə, o cümlədən “uranın sıfır zənginləşdirilməsi” məsələsini gündəmə gətirərək, siz faktiki olaraq BHFP-dan özünüz çıxmısınız. Beləliklə, siz artıq BHFP-nın iştirakçısı kimi tanınmırsınız və tətik mexanizmi hüququ BHFP-nın qalan üzvləri üçün qorunur.

O əlavə edib: “Əgər avropalılar tətik mexanizmini işə salsalar, birincisi, Avropanın danışıqlar prosesindəki rolu bitəcək, ikincisi, Təhlükəsizlik Şurasının sanksiyalarının qaytarılması əvvəlki effektini verməyəcək”.

Əraqçı vurğulayıb ki, 1929 saylı qətnamə çox təhlükəli idi. Lakin hazırda qüvvədə olan 2231 saylı qətnamə daha arzuolunan olsa da, bəzi münaqişələrin və sanksiyaların qarşısını ala bilməyib. “Reallıq budur ki, Təhlükəsizlik Şurası və onun qətnamələri artıq nə onlara, nə də bizə əvvəlki kimi təsir göstərmir”.

İran Xarici işlər naziri həmçinin aydınlaşdırıb ki, tətik mexanizminin aktivləşdirilməsi daha çox psixoloji, siyasi və strateji nəticələrə malikdir və mövcud sanksiya vəziyyətindən kənarda ciddi iqtisadi təsir göstərməyəcək: "Təhlükəsizlik Şurasının iqtisadi sanksiyaları ABŞ-ın birtərəfli sanksiyalarından daha məhduddur və tətik mexanizminin aktivləşdirilməsinin indiki vəziyyətdən daha böyük iqtisadi təsiri olmayacaq. Hazırda mövcud olandan kənar heç bir sanksiya tətbiq edilməyəcək".

Əraqçi sözlərini belə yekunlaşdırıb: "Biz tətik mexanizminin mümkün təsirlərinə qarşı çıxmaq üçün Rusiya və Çinlə birgə tədbirlər hazırlamışıq, əgər tətik mexanizmi aktivləşdirilərsə, bunu həyata keçirəcəyik. Amma, mən açıq şəkildə bildirirəm ki, avropalıların tətik mexanizminin tətbiqi ilə bağlı qərar vermək hüququ və ya qanuni əsası yoxdur".

O, tətik mexanizmi məsələsinin ölkə daxilində qeyri-müəyyənliyi və ümidsizliyi artırmamasının lazım olduğuna işarə edərək, vurğuladı: Tətik mexanizmi aktivləşdirilərsə, diplomatiya bitməyəcək; Avropanın effektiv iştirakı olmadan onun yolu dəyişəcək.

Xəbəri paylaş

VİDEOLAR