Ramzan Kadırov ölkəsindəki məhv edilən quldurlardan danışdı

Ramzan Kadırov ölkəsindəki məhv edilən quldurlardan danışdı

“Çeçenistanda 6silahlı məhv edilib, respublikada gizli quldur fəaliyyətinə son qoyulub”.

Rasthaber Azərbaycan RİA “Novosti”yə istinadla xəbər verir ki, belə bir bəyanatla Çeçenistan rəhbəri Ramzan Kadırov öz “Telegram” kanalında çıxış edib.

“Çeçen Respublikası DİN xüsusi təyinatlı alayın döyüşçüləri Katar-yurt kəndində uğurlu əməliyyat keçiriblər. Nəticədə federal axtarışda olan Aslan Byutukayevin 6 nəfərdən ibarət quldur dəstəsi məhv edilib”, – Kadırov bildirib.

Onun sözlərinə görə, xüsusi əməliyyat çoxdan planlaşdırılıb və planın hazırlanmasında o özü şəxsən iştirak edib. Kadırov quldurların əvvəllər 2 dəfə xilas olduğunu, lakin üçüncü dəfə buna nail ola bilmədiklərini vurğulayıb.

Kadırov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyatın keçirilməsindən xəbərdar olub və bəzi tapşırıqlar da verib.

Xəbəri paylaş

VİDEOLAR