Çeçenistan rəhbəri Ramzan Kadırov müalicə kursu keçir.
Rasthaber Azərbaycan “Report”a istinadən xəbər verir ki, bu onun mətbuat katibi Alvi Kərimov məlumat verib.
Onun sözlərinə görə, müalicə kursu tibbi prosedurlar tələb edir.
Xatırladaq ki, dünən Çeçenistan rəhbərinin və hökumətinin saytında Ramzan Kadırovun müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı yanvarın 13-dən vəzifəsindən getdiyi və bu müddətdə respublikaya rəhbərliyin müvəqqəti olaraq Müslüm Xuçiyevə tapşırıldığı barədə sərəncam dərc olunub.