Ramazan ayında sionistlərin həbs etdiyi fələstinlilərin sayı 174-ə çatıb

Ramazan ayında sionistlərin həbs etdiyi fələstinlilərin sayı 174-ə çatıb

Fələstin Əsirlərin Araşdırma Mərkəzinin verdiyi açıqlamada, işğalçı qüvvələrin mübarək Ramazan ayının ehtiramını saxlamadığı və bu ayda bütün Fələstin torpaqlarında təzyiq, zorakılıq və həbsləri artırdığına diqqət çəkilib.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, Mərkəzdən verilən açıqlamada Ramazan ayı ərzində işğalçı qüvvələr tərəfindən həbs edilən fələstinlilərin sayının 174-ə çatdığı bildirilib.

Mərkəzin direktoru Riyad əl-Əşkar bildirib ki, bu mübarək ayda işğalçı qüvvələrin İordan çayının qərb sahilinin şəhər, qəsəbə və kəndlərində, Qüdsün rayonlarında ev basqınlarını artırıb. Sionistlər evlərə girərək külli miqdarda maddi ziyan vuran şəkildə axtarış aparıb, insanlara hücum edib, onlarla insanı, o cümlədən yetkinlik yaşına çatmayan uşaqlar və keçmiş məhbusları həbs edirlər.

Əl-Aşkar Ramazan ayında işğalçı qüvvələr tərəfindən həbs edilən fələstinlilər arasında yetkinlik yaşına çatmayan 19 uşağın olduğunu, onlardan ən kiçiyinin isə dostları ilə oyun oynayarkən qaçırılan 12 yaşlı Mötəzz Rəşid İvad olduğunu bildirib. 

Bildirib ki, işğalçılar Nablusun Karyut kəndindən olan 14 yaşlı Şəmsuddin Emin Əzimi həbs ediblər və onun xərçəng olduğunu bilsələr də, onu yerə yıxaraq, biləklərinə qandal taxıblar.

Xəbəri paylaş

VİDEOLAR