Rafael Qrossinin müavini İrana səfər edəcək

Rafael Qrossinin müavini İrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossinin müavini İrana səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, İranın Atom Enerjisi Agentliyinin yeni məhsulu olan Sezium-137 (Cs137) radionuklidi Tehranda keçirilən mərasimdə təqdim edilib.

Atom Enerjisi Agentliyinin prezidenti Məhəmməd İslami mərasimdəki çıxışında deyib:

"Nüvə təbabəti, neft, qaz və digər sənaye sektorları bu məhsuldan faydalana bilər. Məhsulumuza tələbat artarsa, istehsalımızı artıracağıq".

"İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin göstərişlərinə uyğun olaraq, ölkədəki nüvə enerjisi obyektlərində 20 min meqavat elektrik enerjisi istehsal etməyi planlaşdırırıq. Hazırda Buşehr AES-də elektrik enerjisi istehsal olunur", - Məhəmməd İslami bildirib.

İranın nüvə fəaliyyətləri ilə bağlı İslami, strateji fəaliyyət planı çərçivəsində uranın zənginləşdirilməsi işlərinin davam etdiyini bildirib.

Məhəmməd İslami həmçinin bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbərinin müavini Rafael Qrossi İrana səfər edəcək.

Xəbəri paylaş

VİDEOLAR