Təxribat yəhudilərin Sukkot bayramının fonunda baş verib.
Rasthaber Azərbaycan xəbər verir ki, yüzlərlə radikal yəhudi İsrail qüvvələrinin müşayiəti altında yenidən əl-Əqsa məscidinin ərazisinə soxulub.
Təxribat yəhudilərin Sukkot bayramının fonunda baş verib.
Qüds İslami Fondlar İdarəsindən bildirilib ki, 564 radikal yəhudi bu gün “Bab əl-Məğarib” qapılarından ibadətgah ərazisinə soxulub.
Yəhudilərdən ibarət radikal qrup İsrail qüvvələrinin müşayiəti ilə məscid ərazisində gəzdikdən sonra oranı tərk edib. 4-ü qadın olmaqla, 5 fələstinli isə tutulub.
Radikal yəhudilərin günorta yenidən məscid ərazisinə soxulması gözlənilir.
Xatırladaq ki, ötən gün də 724 yəhudi radikal Məscidül-Əqsa ərazisində oxşar təxribat törədiblər.