Radikal yəhudilər sionist qüvvələrin dəstəyi ilə Məscidül-Əqsaya basqın edib

Radikal yəhudilər sionist qüvvələrin dəstəyi ilə Məscidül-Əqsaya basqın edib

Sionist rejim hərbçiləri sionist qəsəbə sakinlərinin Məscidül-Əqsada təhlükəsizliyini təmin etmək üçün işğal olunmuş Qüdsün müxtəlif bölgələrində yerləşdiriliblər.

Az.rasthaber.com xəbər verir ki, yüzlərlə sionist qəsəbə sakini və ifratçı yəhudi çoxlu sayda İsrail polis qüvvələrinin dəstəyi ilə "Yəhudilər üçün Tövrat sevinci" adı altında Bab Əl-Məğaribdən Məscidül-Əqsaya hücum edib.

Sionist qəsəbə sakinləri Talmud ayinlərini yerinə yetirməyə başlayıblar, onlardan bəziləri ilk dəfə bunu keşiş paltarında ediblər və yəhudi bayramına xas mərasimi həyata keçiriblər.

İşğalçı rejimin başçıları Məscidül-Əqsaya hücum edənlərin təhlükəsizliyini təmin etmək üçün Qüds şəhəri və İordan çayının qərb sahilinin digər şəhərlərinin ətrafında təhlükəsizlik kəməri yaradıb və Fələstin vətəndaşlarının məscidin köhnə hissəsinə daxil olmasına mane olurlar. Belə ki, qəsəbə sakinlərinin Ağlama divarı vasitəsilə Məscidül-Əqsaya girişini asanlaşdırmaq üçün Qüdsün qədim hissəsində və digər məhəllələrində əllidən çox gənc fəal həbs edilib. 

Məscidül-Əqsanın müdafiəçiləri və tərəfdarlarından olan Əl-Şeyx Əbdül Həkim Əl-Əmuri deyib ki, bizim burada geniş iştirakımız sionistləri qəzəbləndirib. İşğalçı rejim Qüds və Məscidül-Əqsada çoxlu qüvvələr yerləşdirib, lakin biz qüvvələrin sayının artmasından qorxmuruq və öz borcumuzu yerinə yetirəcəyik, çünki Məscidül-Əqsanı müdafiə etmək hər bir fərdin borcudur.  

Sionist rejim silahlı müqavimət əməliyyatlarının və xalq qarşıdurmalarının artması və bu rejimin təhlükəsizlik sisteminin əməliyyatları cilovlamaqda uğursuzluğu səbəbindən bir növ çaşqınlıq içindədir və ciddi narahatlıq yaşayıb.

Sionist rejimin böyük mühacirlər qruplarını Əl-Əqsa məscidinə göndərməklə sabitləşdirməyə çalışdığı şey oranın zaman və məkan bölgüsüdür, lakin bu tədbirlər Məscidül-Əqsanın müdafiəçiləri və tərəfdarlarının qəsəbə sakinləri və onların hücumları qarşısında dayanması ilə uğursuzluğa düçar olub. 

Xəbəri paylaş

VİDEOLAR