Radikal yəhudilər Əl-Əqsa məscidinin həyətinə girərək yenə təxribat törətdilər

Radikal yəhudilər Əl-Əqsa məscidinin həyətinə girərək yenə təxribat törətdilər

İsrail polisinin müşayiət etdiyi onlarla fanatik yəhudi Şərqi Qüdsün İçəri Şəhərində yerləşən Məscidül-Əqsanın həyətinə daxil olub.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsi tərəfindən verilən açıqlamada 121 fanatik yəhudinin Məscidül-Əqsanın cənub-qərbindəki Əl-Məqaribe (Fas) qapısından məscidə basqın etdiyi ifadə edilib.

Açıqlamada İsrail polisi tərəfindən qorunan yəhudi qrupunun məscidin həyətlərində gəzdikdən sonra müqəddəs məbədi tərk etdiyi vurğulanıb.

Yəhudilərin Məscidül-Əqsaya girişlərinin günortadan sonra da davam etməsi gözlənilir.

İsrail polisinin müşayiəti ilə 253 fanatik yəhudi dünən (23 may) təxminən 3 həftədən sonra ilk dəfə Məscidül-Əqsaya daxil olub.

Digər tərəfdən, İsrail əsgərləri işğal altındakı İordan çayının Qərb sahili və Şərqi Qüdsdə 41 fələstinlini nəzarətə aldı.

Fələstinli Məhkumlar Dərnəyinin məlumatına görə, İsrail qüvvələri gecə saatlarında İordan çayının Qərb sahili və Şərqi Qüds bölgələrinə basqın edib.

Basqınlar zamanı Şərqi Qüdsdə 24, İordan çayının Qərb sahilində 17 fələstinli nəzarətə götürülüb.

Xəbəri paylaş

VİDEOLAR