Ər-Riyaddan ABŞ-ın ittihamlarına cavab

Ər-Riyaddan ABŞ-ın ittihamlarına cavab

Səudiyyə Ərəbistanı OPEK-in noyabr ayından neft hasilatını sutkada 2 milyon barrel azaltmaq qərarının siyasi motivli olduğu və ABŞ-a qarşı yönəldiyi barədə səslənən bəyanatları tamamilə rədd edib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi Tvitter hesabında məlumat yayıb.
“Səudiyyə Ərəbistanı faktlara yox, OPEK+ qərarını sırf iqtisadi çərçivədən kənara çıxarmaq cəhdinə əsaslanan bəyanatları tamamilə rədd edir. Bu qərar qəbul olunarkən təşkilata üzv olan bütün ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Həmçinin, bütün iqtisadi proqnozlar bu addımın zəruriliyinə işarə edib. Ər-Riyad Vaşinqtonla daimi təmasdadır. OPEK+ qərarının ABŞ-ın tələb etdiyi bir ay təxirə salınması halında mənfi nəticələr barədə də Amerika tərəfi xəbərdar edilib”, - məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev OPEK+ qərarından sonra Səudiyyə Ərəbistanını enerji siyasətini Rusiya ilə uyğunlaşdırmaqda ittiham etmişdi.

Xəbəri paylaş

VİDEOLAR