Qəzzanın şimalında sionistlərin bir casusluq PUA-sı vurulub

Qəzzanın şimalında sionistlərin bir casusluq PUA-sı vurulub

Fələstinli mənbələr sionist rejim ordusunun bir casusluq PUA-nın Qəzzanın şimalında vurulmasından xəbər veriblər.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Fələstin müqavimət qüvvələri dünən gecə sionist rejim ordusuna aid olan bir pilotsuz uçuş aparatını Qəzzənin hava məkanına daxil olduqdan sonra məhv ediblər.

Sionist rejim ordusu bu PUA-lardan daha çox Qəzzadakı Fələstin müqavimət qüvvələri və onların bu bölgədəki hərəkətləri barədə məlumat toplamaq üçün istifadə edir.

Fevral ayında da Fələstin müqavimət qüvvələri on beş gün ərzində sionist rejimin dörd pilotsuz uçuş aparatını Qəzzada vurmağa müvəffəq olmuşdular.

Sionist rejimin PUA-ları, qırıcı və vertolyotları, həmçinin artilleriyası son aylar ərzində dəfələrlə Qəzza zolağının müxtəlif bölgələrini hədəfə alıblar.

Xəbəri paylaş

VİDEOLAR