Blokada altında saxlanılan Qəzza sektorunda 15 ildir davam edən enerji böhranı yaxın zamanda kritik nöqtəyə çata bilər.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bölgədəki yeganə elektrik stansiyasının tezliklə sönə bilmə riski barədə xəbərdarlıq edilib.
Qəzza sakinlərinin ehtiyacları üçün nəzərdə tutulmuş Qətər yanacağının daxil olmasına İsrail rejimi tərəfindən qadağanın qoyulması ilə vəziyyət daha da pisləşib.
Sonuncu dəfə həmin stansiyaya yanacaq 2 noyabrda verilib. Yeni tədarüklərin olmaması isə regiondakı elektrik enerjisi çatışmazlığının 70%-dək artması deməkdir.
Qəzza sektorunun elektrik enerjisinə olan tələbatı təxminən 500 meqavat təşkil edir, lakin İsrailin mühasirəsinə görə yalnız 140 meqavat istehsal edilə bilir.