Qəzzada onlarla uşaq 12 gün davam edən İsrail hücumlarının mənfi psixoloji təsirlərini azaltmaq üçün sahil zolağında çərpələng uçurtdular.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Fələstin Qadın İnkişaf Araşdırmaları Dərnəyinin "Ey Azadlıq" adıyla təşkil etdiyi uçurtmada 50 çərpələng səmada görünüb.
Fəaliyyətin koordinatoru Aliyə Əbu Məryəm İsrailin Qəzzaya qarşı hücumlarının uşaqlar üzərindəki psixoloji təsirlərini yüngülləşdirmək üçün bu işi gördüklərini söyləyərək deyib: “Bu fəaliyyət uşaqların özünəinamının artmasına və rahatlıq duyğusu hiss etmələrinə yardım edəcək. 50 uşağın uçurtduğu hər çərpələngin üzərinə işğal altındakı bir şəhər və ya kəndin adının yazılmışdı. Uşaqların zehnində İsrail hücumlarıyla bağlı pis günləri gözəl xatirələrlə dəyişmək və onların həyatlarına normal şəkildə davam etmələrini istəyirik”.