Qəzzadakı əczaçılıq anbarlarında dərmanların yarısı tükənib

Qəzzadakı əczaçılıq anbarlarında dərmanların yarısı tükənib

Sionist İsrailin illərdir həyata keçirdiyi blokadaya görə Qəzza zolağındakı əczaçılıq anbarlarında olan zəruri dərmanların 43 faizi və tibbi ləvazimatların 25 faizi tükənib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzə Səhiyyə Nazirliyinin Apteklər İdarəsinin direktoru Əla Hillis sionist rejimin blokadası səbəbindən Qəzzada dərman ehtiyatının tükənmək üzrə olduğu barədə xəbərdarlıq edib.

Aptek anbarlarındakı əsas dərmanların 43 faizinin, tibbi ləvazimatların isə 25 faizinin tükəndiyini qeyd edən Hillis, bir neçə gün ərzində 6 dializ mərkəzindəki tibbi ləvazimatların tamamilə tükənəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR