Sionist İsrail işğalçı qüvvələri Qəzza zolağında fasiləsiz soyqırım törətməkdə davam edir.
Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada qatil İsrail ordusunun Qəzza zolağına davam edən hücumları ilə bağlı məlumat verilib.
İşğal ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 48 saatda həyata keçirdiyi “3 qətliam”da 50 nəfərin şəhid olduğu, 110 nəfərin yaralandığı bildirilib.
İsrail rejiminin Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda fələstinli şəhidlərin sayının 43 min 972, yaralıların sayının isə 104 min 8-ə yüksəldiyi qeyd edilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.