Sionist rejim ordusunun Qəzzə zolağında itkiləri artır və bu rejimin mediası bu bölgədə daha bir əsgərin ölməsi xəbərini yayıb.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusu Qəzzə zolağının cənubunda Fələstin müqavimət qüvvələri ilə toqquşmada ehtiyatda olan bir ordu əsgərinin öldürüldüyünü açıqlayıb.
Bazar günü sionist rejim ordusu müqavimət döyüşçüləri ilə qarşıdurma zamanı bu rejimin digər 6 əsgərinin də yaralandığını bildirib.
Sionist rejim bazar günü Qəzzə müharibəsində şəhid olan əsgərlərinin sayının artdığını xəbər verib və indiyədək onlardan 689 nəfərinin öldüyünü bildirib. Bu hesabata görə, onların 329-u Qəzzə zolağında quru döyüşləri zamanı ölüb.