Qəzzada şəhidlərin sayı 50 min 144-ə çatıb

Qəzzada şəhidlərin sayı 50 min 144-ə çatıb

Sionist İsrailin Qəzza zolağına hücumlarında şəhid olanların sayı 50 min 144 nəfərə çatıb.

Az.rasthaber.com xəbər verir ki, qatil İsrail ordusu Qəzza zolağında hücumlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında 62 nəfərin həyatını itirdiyini, 296 nəfərin isə yaralandığını açıqlayıb. Soyqırım törədən İsrailin atəşkəsi pozduğu martın 18-dən bu yana 792 nəfərin həyatını itirdiyi, 1663 nəfərin yaralandığı qeyd edilib.

Bildirilib ki, sionist İsrailin hücumlarına başladığı 2023-cü il oktyabrın 7-dən indiyədək şəhidlərin sayı 50 min 144 nəfərə, yaralıların sayı isə 113 min 704 nəfərə çatıb.

Xəbəri paylaş

VİDEOLAR