Qəzzada şəhidlərin sayı 38 min 919-a yüksəlib

Qəzzada şəhidlərin sayı 38 min 919-a yüksəlib

Sionist İsrailin Qəzza zolağına hücumlarında şəhid olan mülki şəxslərin sayı artır.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada oktyabrın 7-dən bu yana sionist İsrailin hücumlarında 38 min 919 nəfərin şəhid olduğu bildirilib.

Hücumlarda 89 min 622 nəfər yaralanıb.

Şəhid olanların 70 faizinin qadın və uşaqlar olduğu bildirilir.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Xəbəri paylaş

VİDEOLAR