Sionist rejim ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 23 nəfər artaraq 37 min 900-ə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi yazılı açıqlamada sionist rejimin 269 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
Sionist rejim ordusunun son 24 saat ərzində Qəzzənin müxtəlif bölgələrində 2 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 23 fələstinlinin şəhid olduğu, 91 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, sionist rejimin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 37 min 900-ə, yaralıların sayı isə 87 min 60-a yüksəlib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.