Qatil İsrail rejiminin 7 oktyabrdan etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda can itkisi 37 min 266 nəfərə yüksəlib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi 4 hücumda 34 nəfərin şəhid olduğu, 71 nəfərin yaralandığı bildirilib.
Açıqlamada, 7 oktyabrdan bəri həyata keçirilən hücumlarda fələstinli şəhidlərin sayının 37 min 266, yaralıların sayının isə 85 min 102-yə yüksəldiyi qeyd edilib.