Qəzzada şəhidlərin sayı 34 mini ötüb

Qəzzada şəhidlərin sayı 34 mini ötüb

Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 34 min 12-yə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada işğalçı İsrailin 196 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Bəyanatda sionist İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına həyata keçirdiyi hücumlarda daha 42 fələstinlinin şəhid olduğu, 63 fələstinlinin isə yaralandığı bildirilib.

İşğalçı İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 34 min 12-yə, yaralı sayının isə 76 min 833-ə yüksəldiyi qeyd edilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Xəbəri paylaş

VİDEOLAR