Qəzzada şəhidlərin sayı 34 minə çatıb

Qəzzada şəhidlərin sayı 34 minə çatıb

Sionist rejim ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 33 min 970-ə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin 195 gün ərzində Qəzza zolağına etdiyi hücumlar barədə məlumat verilib.

Bəyanatda sionist rejim ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 71 fələstinlinin şəhid olduğu, 106 fələstinlinin isə yaralandığı bildirilib.

Oktyabrın 7-dən etibarən işğalçı İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 33 min 970-ə, yaralı sayının isə 76 min 770-ə yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu da bir daha vurğulanıb, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətliləri cəsədlərə çata bilməyib.

Xəbəri paylaş

VİDEOLAR