Qəzzada öldürülən fələstinlilərin sayı 37 953 nəfərə yüksəlib

Qəzzada öldürülən fələstinlilərin sayı 37 953 nəfərə yüksəlib

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 37 953 nəfərə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 271 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlarda daha 28 fələstinlinin həyatını itirdiyi, 125 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 953-ə, yaralıların sayının isə 87 266 nəfərə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi səbəbindən tibbi qrupların və mülki müdafiə işçilərinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR