Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 40 nəfər artaraq 37 min 124 nəfərə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada sionist İsrailin 248 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlar barədə məlumat verilib.
Qatil İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 5 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin şəhid olduğu, 218 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 min 124-ə, yaralıların sayının isə 84 min 712-yə yüksəldiyi qeyd edilib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.