İsrail əsgərlərinin Qəzzadan çıxarılması ilə başlayan yenidənqurma prosesi bölgəyə yerləşdirilən partlayıcıların təmizlənməsi ilə başlayıb.
Az.rasthaber.com xəbər verir ki, humanitar yardım ləvazimatlarının içərisinə partlayıcıların yerləşdirildiyi bəlli olub.
HƏMAS və İsrail arasında atəşkəs razılaşmasından sonra Qəzza zolağında məskunlaşma başlayır. Razılaşmanın birinci mərhələsi çərçivəsində, yanvarın 25-də İsrailin Netzarim dəhlizinin bir hissəsindən aylarla çəkilməsindən sonra ən azı 500 min fələstinli Qəzzanın şimalına qayıdıb.