Qəzzada hər saat 4 uşaq öldürülür

Qəzzada hər saat 4 uşaq öldürülür

Fələstin administrasiyasına bağlı Fələstin Mərkəzi Statistika Bürosu “5 Aprel Fələstinli Uşaqları Müdafiə Günü” öncəsi Qəzzada uşaqların vəziyyəti ilə bağlı hesabat dərc edib.

Az.rasthaber.com xəbər verir ki, Hesabata görə, işğalçı İsrailin hücumlarına başladığı 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağında 14 min 350 uşaq həyatını itirib. Qatil İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda ölənlərin 44 faizi uşaqlardır. Bu o deməkdir ki, İsrail oktyabrın 7-dən etibarən Qəzza zolağında hər saatda təxminən 4 uşağı şəhid edib.

Qəzza zolağında dağıntılar altında qalan və hələ də itkin düşən 7 min qadın və uşaq var. Bu, Qəzzada ölənlərin ümumi sayının 70 faizinə uyğundur. Digər tərəfdən, işğalçı İsrail qüvvələri oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində 117-si uşaq olmaqla 455-dən çox fələstinlini şəhid edib, 724-ü uşaq olmaqla 4700 fələstinlini yaralayıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, 7 oktyabrdan bəri Qəzzada təxminən 17 min uşaq valideynlərindən birini və ya hər ikisini itirib.

Xəbəri paylaş

VİDEOLAR