Qəzzada 1,1 milyon insan qida çatışmazlığı ilə üz-üzədir

Qəzzada 1,1 milyon insan qida çatışmazlığı ilə üz-üzədir

Sionist İsrailin 5 aydan artıqdır ki, hücumlarını davam etdirdiyi və yardımların daxil olmasına mane olduğu Qəzza zolağında qida çatışmazlığı və susuzluq problemi artır. Səhiyyə mənbələri son vaxtlar onlarla insanın qida çatışmazlığı səbəbindən həyatını itirdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) təxminən 1,7 milyon fələstinlinin Qəzza zolağında didərgin düşdüyünü, onların yarısının su, qida, yanacaq və dərmana kifayət qədər çıxışı olmayan uşaqlar olduğunu bildirdi.

BMT regionun şimalında aclıqdan əziyyət çəkən insanların sayında partlayış olacağını proqnozlaşdırır. Hazırda Qəzza zolağında təxminən 1,1 milyon insan, region əhalisinin yarısı qida çatışmazlığı ilə üzləşir.

Xəbəri paylaş

VİDEOLAR