Fələstinin "Kətaib Əl-Müqavimə Əl-Vətəniyyə" qrupu sionist rejimin fələstinlilərə qarşı təcavüzünün davam etməsi ilə bağlı xəbərdarlıq edərək, yerli istehsal olan "Qasim-10" raketinin uğurlu sınağı barədə xəbər verib.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, "Kətaib Əl-Müqavimə Əl-Vətəniyyə" qrupu İsrail rejiminin 2008-ci ildə Qəzza zolağına hücumunun 13-cü ildönümündə elan edib ki, Qasim-10 raketlərinin Aralıq dənizinə uğurlu atışları göstərdi ki, onların sionist rejiminin cinayətləri qarşısında səbri davam etməyəcək.
"Kətaib Əl-Müqavimə Əl-Vətəniyyə" qrupu müqavimətin fələstinlilər üçün güclü qalxan olaraq qalacağını və onların torpaqlarını, müqəddəslərini, hüquqlarını və əsirlərini müdafiə edəcəyini vurğulayıb.