Qəzza müharibəsi İsrail iqtisadiyyatını çökdürüb

Qəzza müharibəsi İsrail iqtisadiyyatını çökdürüb

Sionist rejimin iqtisadi ekspertləri Qəzza zolağına qarşı müharibə nəticəsində bu rejimin iqtisadiyyatının iflasa uğradığını bildiriblər.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, işğal olunmuş Fələstin torpaqlarında ümumi daxili məhsulun artımı iqtisadiyyatın kiçilməsi və investisiyaların azalması səbəbindən məyusedici mərhələyə çatıb.

Sionist mediası yazıb ki, statistika mərkəzinin yaydığı məlumatlara əsasən, aprel-iyun dövrü ilə müqayisədə sionist rejimin iqtisadiyyatı kiçilib və ixrac da kəskin şəkildə azalıb.

Statistika mərkəzinin açıqladığı ilkin məlumatlara əsasən, sionist rejimin iqtisadiyyatı ilin ikinci rübündə çox yavaş bir yüksəliş meyli ilə üzləşdi. Çünki Fələstin müqaviməti ilə 11 aya yaxın davam edən müharibə ixrac və investisiya sektoruna böyük ziyan vurub.

Xəbəri paylaş

VİDEOLAR