Quterreşdən dünyanı gözləyən təhlükəli böhran xəbərdarlığı

Quterreşdən dünyanı gözləyən təhlükəli böhran xəbərdarlığı

BMT baş katibi dünyanı gözləyən 80 ilin ən böyük iqtisadi böhranından danışıb

Rasthaber Azərbaycan  RT-a istinadən xəbər verir ki, BMT Baş katibi Antioniu Quterreş dünyanı gözləyən 80 ilin ən böyük iqtisadi böhranı haqda xəbərdarlıq edib.

Quterreş bildirib  ki, COVID-19 pandemiyasının vurduğu sosial və iqtisadi ziyan artmağa davam edir.

“Artıq dəymiş zərəri düzəldə biləcək bir vaksin yoxdur. Biz 80 ilin ən güclü qlobal resessiyası (geriləməsi) ilə üz-üzə durmuşuq”, – deyə o bildirib.

Baş katibin sözlərinə görə, dünyada qatı yoxsulluq dərəcəsi və aclıq təhlükəsi artmaqdadır.

Xəbəri paylaş

VİDEOLAR