Qüdsdə fələstinlilərlə İsrail işğalçıları arasında qarşıdurma

Qüdsdə fələstinlilərlə İsrail işğalçıları arasında qarşıdurma

Qüdsdə və Nablusun cənubunda fələstinlilər İsrailin işğalçı qüvvələri ilə toqquşub.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, bu barədə yerli mənbələr məlumat yayıb ki, İşğalçı İsrail qüvvələri Əl-Əqsa məscidinin cənubundakı Selvan şəhərinə hücum etdiyi bir zamanda fələstinli gənclərlə Ayn əl-Louze məhəlləsində üz-üzə gəliblər.

Həmçinin Nablusun cənubundakı Madema kəndində yaşayan fələstinlilərlə sionistlər arasında qarşıdurma yaranıb. Məlumata görə bu bölgələrdə qarşıdurmalar hələ də davam edir.

Digər tərəfdən, yerli mənbələr Nablusun Zavata bölgəsində bir qrup işğalçı İsrail əsgərinin vurulduğunu açıqlayıb.

Fələstin müqavimət döyüşçüləri Ceninin cənub-qərbində yerləşən “Mavo Dotan” qəsəbəsini də atəşə tutub.

Eyni zamanda İbrani mediası, İordan çayının qərb sahilində cihad əməliyyatlarının daha geniş miqyasda həyata keçirildiyini və bu əməliyyatların icraçılarının onları həyata keçirmək üçün daha çox cəsarət qazandığını etiraf edib.

Xəbəri paylaş

VİDEOLAR