Beytül-Müqəddəs (Qüds) xristianlar və müsəlmanlar arasında birliyə aparan yoldur.
Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.
“Bizi inam, Qüds birləşdirir və bu, xristianlar və müsəlmanlar arasında birləşmək üçün vasitədir“, – deyə o qeyd edib.
“Biz Fələstin xalqı, fələstinlilərin idealları, müsəlman xalqları və azadlıq uğrunda mübarizə aparan bütün insanlarla həmrəyliyimizi və onlara dəstəyimizi təsdiq edirik“, - deyə Maduro əlavə edib.
Qeyd edək ki, Venesuela prezidenti İsrailin Fələstinə qarşı siyasətini dəfələrlə pisləyib.