Fələstinin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi şöbəsinin sədri İsmayıl Haniyə deyib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, HƏMAS-ın siyasi ofisinin sədri İsmail Haniyə işğal olunmuş Qüdsdəki son hadisələr və iğtişaşları bu şəhərin kimliyi uğrunda gedən mübarizə adlandıraraq deyib: "Qüds hadisələri sionist düşmənlə münasibətlərin normallaşması nəzəriyyəsini, "əsrin sövdələşməsi" adlı planı və danışıqlara güvənmə nəzəriyyəsini alt-üst etdi".
Haniyə Qüdsün təkcə fələstinlilərə aid olmadığını, həmdə mübarizə oxu olduğunu bəyan edərək, bütün ərəb və İslam millətlərini Fələstin xalqının həqiqi köməyinə hazırlaşmağa və Qüdsü dəstəkləmə strategiyasından Qüdsü müdafiə və azad etmə strategiyasına keçməyə çağırıb.
HƏMAS rəhbəri, Fələstin seçkiləri haqqında da isə "Həmasın seçkilərə qatılmaq niyyəti tam bir perspektiv çərçivəsindədır və Qüdsdəki seçkilər milli bir mübarizə olmamalıdır", -deyə əlavə edib.