Qüds şəhərinin meri Adnan Qeys bildirib ki, İsrail rejimi qüvvələrinin ona və onun ialəsinə təkrar-təkrar hücumları müqaviməti davam etdirməsinə və şəhər və onun müqəddəs məkanlarını müdafiə etməyə mane ola bilməyəcək.
Az.rasthaber.com WAFA-ya istinadən xəbər verir ki, o qeyd edib ki, rejim qüvvələri tərəfindən onun evinə basqın və onun ailə üzvlərinə hücum Qüdsün yerli sakinlərinin həbsləri, evlərinin dağıdılması yolu və digər üsullar ilə şəhərdən sıxışdırılaraq çıxarılması üzrə amansız planın bir hissəsidir.
İsrailin məqsədi Qüds şəhərini və onun küçə adlarını yəhudiləşdirməkdir.
Mer deyib ki, beynəlxalq ictimaiyyətin sükutu İsrail rejiminə fələstinlilərə qarşı yeni cinayətlərə əl atmağa həvəsləndirir.
O əlavə edib ki, fələstinlilər tam qələbədəyək işğalçı rejimlə mübarizəni davam etdirəcək.